Korrupsiya haqqında məlumat verənlərə PUL ÖDƏNİLƏCƏK – MƏBLƏĞbackend

Korrupsiya haqqında məlumat verənlərə PUL ÖDƏNİLƏCƏK - MƏBLƏĞ

Qazaxıstanda Korrupsiyaya Qarşı Mübarizə Xidməti korrupsiya faktı ilə bağlı məlumat verənlərə mükafat verilməsi qaydalarını açıqlayıb.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, sentyabrın 15-dən korrupsiya hüquqpozması haqqında məlumat vermiş və ya korrupsiyaya qarşı mübarizəyə başqa üsulla köməklik göstərən şəxslərin mükafatlandırılması qaydaları qüvvəyə minir.

Məlumata görə, rüşvət və ya vurulmuş zərərin məbləği 3,4 milyon tengedən çox olmayan korrupsiya cinayətlərinə görə birdəfəlik pul mükafatı 103500 ilə 345 min tenge (380,65 – 1268,82 AZN) arasında dəyişir.

Qeyd olunub ki, korrupsiya hüquqpozmaları barədə etibarlı məlumat vermək istəyənlər 1424 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*