Kosovo Aİ-yə üzvlük üçün müraciət edirbackend

Kosovo Aİ-yə üzvlük üçün müraciət edir

Kosovo Vaşinqton razılaşmasını pozaraq dekabrın 15-də Aİ-yə üzvlük üçün müraciət edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə dekabrın 10-da Serbiya prezidenti Aleksandr Vuçiç məlumat verib.

“Priştina dekabrın 15-də Brüsseldə böyük səs-küylə Aİ-yə üzvlük üçün rəsmi müraciət edəcək. Bu, bizim üçün çox xoşagəlməz hadisədir, birbaşa Vaşinqton razılaşmasının pozulmasıdır, respublikaçıların idarəçiliyi dövründə əldə olunan razılaşmalara əməl etmək istəmədiklərinin göstəricisidir. Hesab edirəm ki, bu çox pis qərardır”, – deyə prezidenti vətəndaşlara müraciətində bildirib.

Vuçiç əlavə edib ki, o, Kosovonun müstəqilliyini tanımayan İspaniya, Yunanıstan, Slovakiya, Kipr və Rumıniyaya məktublar göndərərək, onlara yalnız tanınmış Avropa ölkələrinin Aİ-yə üzvlük üçün müraciət edə biləcəyini bildirəcək.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*