Kostanay və Bakı universitetləri arasında əməkdaşlıq memorandumu imzalandı – VİDEObackend

Kostanay və Bakı universitetləri arasında əməkdaşlıq memorandumu imzalandı - VİDEO

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Kostanay və Bakı universitetləri arasında əməkdaşlıq memorandumu imzalanıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, birgə iş haqqında sazişin bağlanması Kostanay vilayəti Qazaxıstan Xalqları Assambleyasının təşkilatçılığı ilə millətlərarası münasibətlər mövzusunda beynəlxalq elmi-praktik konfransın plenar iclası çərçivəsində baş tutub.

Qeyd edək ki, elm və təhsil sahəsində əməkdaşlığın qurulması A.Baytursınov adına Kostanay Regional Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti və Kostanay Vilayəti Administrasiyası İctimai İnkişaf İdarəsinin “Kogamdyk kelisim” KDU arasında baş tutub.

Memoranduma əsasən, bu universitetlərin müəllimləri alimləri mühazirə oxumağa dəvət edə, onlayn kurs və seminarlar keçirə, elmi-metodiki jurnal və bülletenlərdə birgə məqalələr dərc edə bilərlər. Tələbələr isə həm Qazaxıstanda, həm də Azərbaycanda təcrübə keçə biləcəklər.

Plenar iclas A.Baytursınov adına Kostanay Regional Universiteti və Çelyabinsk Dövlət Universitetinin bazası üzrə bölmələrin işi ilə davam edib.

Məlumata görə, elmi-praktik konfransın ilk günü təntənəli tədbirlə başa çatacaq və burada Qazaxıstan-Azərbaycan əlaqələrinin inkişafında xidmətləri olan kostanaylılar təltif olunacaq.

Daha sonra Azərbaycan icmasının fəalları ilə görüş, Kostanayın mədəni görməli yerlərinə səfər, həmçinin Qazaxıstan Respublikasının Müstəqilliyinin 25-ci ildönümü parkında Dostluq Xiyabanında ağac tinglərinin əkilməsi nəzərdə tutulur.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*