Kral ailəsinə bu yeməklərimiz verildi – Menyubackend

Kral ailəsinə bu yeməklərimiz verildi – Menyu

Xəbər verdiyimiz kimi, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən “Vindzor Kral Atçılıq Şousu” baş tutub.

KONKRET.az xəbər verir ki, Vindzor qəsrində qonaqların şərəfinə təşkil olunmuş rəsmi ziyafətdə Azərbaycan milli mətbəxinə məxsus ləziz təamlar təqdim olunub.

Dadlı yeməklər “Zugulba Mangal Steak House”un rəhbəri Namik Məmmədovun komandası tərəfindən hazırlanıb. Qonaqlar dolma, şah plov, kükü, təndir çörəyi, qara kürü, şəkərbura, paxlava, çay və s. təamların dadına valeh olublar.

Ziyafətə Böyük Britaniya Kralı III Çarlzın qardaşı şahzadə Edvard və həyat yoldaşı Sofi, Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, həmçinin digər mötəbər qonaqlar qatılıblar.

“Bu dəyərli görüş bizim üçün həm mədəniyyətimizin, həm də mətbəximizin təbliği baxımından əlamətdar bir hadisə oldu”, – “Zugulba Mangal Steak House”un instaqram hesabındakı paylaşımda deyilir.

Tədbirdən görüntüləri təqdim edirik:

a0b7a3c4 ebf6 4b71 b700 3361803cdd1a
42a365eb a8af 4465 88e7 219ab02c9457
760244d7 9960 4b0c ac2f e78669f75922

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*