Kraliça II Yelizaveta 95 yaşında içki içməyi tərgidib.
KONKRET.az xəbər verir ki, bu qərar heç bir sağlamlıq problemi ilə əlaqəli deyil, sadəcə kraliça taxta çıxmasının 70 illiyini tamamilə ayıq şəkildə qeyd etməyi düşünür.
Adətən II Yelizaveta axşamlar bir stəkan güclü içki və axşam yeməyində quru martini içirdi. Çox güman ki, gündəlik ritual həyat yoldaşının ölümündən sonra dayanıb və kraliça bunu davam etdirməyin mənasını görmür.