Kredit gecikməsi olanlara MÜHÜM XƏBƏRbackend

Kredit gecikməsi olanlara MÜHÜM XƏBƏR

Bir çox hallarda bank qarşısında gecikmiş kredit öhdəliyi olan vətəndaşlar yeni kredit götürmək məqsədi ilə bank olmayan kredit təşkilatlarına (BOKT) üz tutur. Bunun əsas səbəbi digər bankların belə problemli müştərilərə, adətən, kredit verməməsidir.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan iqtisadçı Xalid Kərimli bildirib ki, kredit gecikməsi olan vətəndaş istər banka, istərsə də BOKT-yə yeni kreditlə bağlı müraciət edə bilər:

“Ümumiyyətlə, vətəndaşın krediti gecikdirməsi hansısa bankı kredit verməkdən çəkindirmir. Yəni yeni krediti bank da verə bilər. Amma bu bank üçün riskdir, çünki əgər hansısa şəxs başqa bir bankdan borc alıb qaytara bilmirsə, deməli, ondan da borc alıb qaytarmaya bilər.

Eyni məsələ bank olmayan kredit təşkilatları ilə bağlı da keçərlidir. Onların da MKR-ə (Mərkəzləşdirilmiş Kredit Reyestri) çıxışı var. BOKT-lar da MKR-ə baxıb yoxlaya bilir və kredit verib-verməyəcəyi ilə bağlı qərar da özlərindən asılıdır”.

Ekspert qeyd edib ki, vətəndaşa yeni krediti verib-verməmə bankın öz ixtiyarındadır:

“Qanunla bu məhdudlaşdırılmır. Mərkəzi Bank da bununla bağlı banklara və BOKT-lara hansısa normativ prosedur göndərilməyib. Bu, onların özündən asılıdır.

Adətən, bank olmayan kredit təşkilatları problemli müştərilərə kredit vermir. Çünki bu onlar üçün ciddi risk təşkil edir. Konkret desək, problemli krediti olan vətəndaşın kredit götürmək hüququ var. Amma bankların və BOKT-larınn öz səlahiyyətindədir ki, belə şəxslərə kredit versin, yaxud verməsin”./yenisabah

  • Atakisşi Namazov Təəyub
    Yanvar 24, 2025 - 17:13

    Mənim avans geciyməm olum kreditimi yeniliyə bilmirəm

    • Mais
      Yanvar 25, 2025 - 00:40

      Kredid goture biler bilerem

  • Əlohset
    Yanvar 24, 2025 - 23:24

    Menim gecikmem var kiredit gotre bilerem

    • Emin
      Yanvar 28, 2025 - 23:42

      Gecşmem var əmək haqqım 800 manatdi kredit götürə bilərəm

  • Pərvanə
    Yanvar 25, 2025 - 00:08

    Mende emek haqini vaxdi deyişdiyi üçün gün gecikmesinegöre kridit verilmir gecikmeye görede faiz tutulur

    • Zülfiyyə
      Yanvar 29, 2025 - 12:14

      Mende de eynen gecikir ,elave pul tutulur.vaxti deyismeyi istedim dediler mumkun deyil,bu qeder xeyir verirem elbetde mumkun olmaz

  • Sahil
    Yanvar 26, 2025 - 10:31

    Bunu bizde bilirdiyde demeye ne ehtiyac varki?

  • Elgün
    Yanvar 27, 2025 - 16:15

    Nağıldır hamısı iki aydır qəzetlər bayram edir gecikməsi olanlar pUl ala biləcək deyə..Banka gedirsən Pul verməkdən imtina edir.

  • Samir
    Yanvar 27, 2025 - 18:06

    Kredit

  • Əhməd
    Yanvar 29, 2025 - 19:07

    Yalandır hamsı banka gecikməsi olanı Azərbaycanda adam yernə qoymurlar boş şeylərdi yalandır hamsı

  • Ehtiram
    Yanvar 29, 2025 - 19:12

    Əslində özəl kredit təşkilatı ilə dövlət kredit təşkilat sistemi fərqli olmalıdır. Əgər vətəndaşın özəl bank-a gecikməsi olubsa bunun dövlət strukturlarında fəaliyyət göstərən banklara heç bir aidiyyatı olmamalıdır

  • Cosqun
    Yanvar 30, 2025 - 01:19

    Gecikmem olub.kredit lazim az miqdarda olsa.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*