Kredit kartı olanlar MÜTLƏQ OXUSUN: Bankdan 500 və ya 1000 manatlıq kart götürsəniz…backend

Kredit kartı olanlar MÜTLƏQ OXUSUN: Bankdan 500 və ya 1000 manatlıq kart götürsəniz...

Son bir ildə Azərbaycanda kredit kartlarının sayında 6,9% azalma qeydə alınıb.

İqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bu tendensiyanın əsas səbəblərini və gələcəkdə kredit kartı bazarında gözlənilən dəyişiklikləri şərh edib.

Əkrəm Həsənov: Bəzi banklar bağlana bilər - Oxu.az

Ekspertin sözlərinə görə, əvvəlki illərdə vətəndaşlar bir neçə bankdan kiçik məbləğli kredit kartları götürməyə üstünlük verirdilər:

“Məsələn, əvvəllər hər kəs bir bankdan 500 və ya 1000 manatlıq kart götürürdü. Amma sonradan banklardan biri həmin müştəriyə 5 min manatlıq kredit təklif edəndə və üstəlik faiz dərəcəsində də güzəşt olanda, vətəndaş artıq bir bankla işləməyə üstünlük verdi. Çünki banklar kredit bürosu vasitəsilə müştərinin digər öhdəliklərini görürlər. Bu səbəbdən kredit kartlarının ümumi sayı azalsa da, vətəndaşların daha iri məbləğli kreditlərdən istifadə etdiyi vurğulanır”.

Ekspert eyni zamanda bazarın gələcək inkişaf perspektivlərinə də toxunub:

“Rəqəmsal bankçılıq – Dünyada bu sahə sürətlə inkişaf etsə də, Azərbaycanda hələ geniş yayılmayıb. Fintech xidmətləri – Yaxın illərdə bu istiqamətdə müəyyən təşəbbüslər gözlənilsə də, inkişaf templərinin sürətli olmayacağı ehtimal olunur. Taksit kartları və güzəştli kredit məhsulları – vətəndaşların daha çox maraq göstərəcəyi əsas istiqamətlərdən biri ola bilər”.

Əkrəm Həsənov hesab edir ki, yaxın illərdə kredit kartlarının sayında kəskin artım olmayacaq, amma rəqəmsal xidmətlər və bankların fərqli məhsul təklifləri bazarda müəyyən dəyişikliklərə yol aça bilər.

Aynurə İsmayıl

KONKRET.az

  • Vusale
    Avqust 22, 2025 - 11:22

    Men kredit karti goturdim Amma sonra kredit istedim vermediler

    • Nicat
      Avqust 23, 2025 - 19:12

      Muhafize

    • Elşən
      Avqust 23, 2025 - 21:39

      Mende kredit goturum indi isdeyirem ki goturum vermirlər

    • Amil
      Avqust 23, 2025 - 22:02

      Kiridit götürmek istəyirəm ama vermiler

  • Nicat
    Avqust 23, 2025 - 19:12

    Hüseynli

  • Bexdiyar
    Avqust 23, 2025 - 19:28

    Bexdiyar

  • Bağmab
    Avqust 23, 2025 - 20:36

    500

  • Zümrüd
    Avqust 23, 2025 - 22:50

    Kredit şərtləri ilə bağlı məlumat verin

  • Anaxanım Xank
    Avqust 24, 2025 - 09:39

    Xahiş edirəm mənə kömək edin

  • Rəsul
    Avqust 27, 2025 - 11:50

    Bu lazım deyildisə bunu niyə icad ediblər məndə istədim vermədilər heç bir bankdada gecikmem olmayıb

Nicat üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*