Kredit kartı olanların NƏZƏRİNƏbackend

Kredit kartı olanların NƏZƏRİNƏ

Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması üçün tənzimləyici çərçivəni gücləndirib.

KONKRET.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, qəbul olunan requlyativ dəyişikliklərin əsas diqqəti əhalinin izafi borclanmasının qarşısının alınması və bank sisteminin kapital dayanıqlılığının təmin edilməsinə yönəlib.

Mərkəzi Bank tərəfindən aparılan təhlillər çərçivəsində son dövrlərdə istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilib. Bu tendensiya əhalinin sərəncamında qalan gəlirlərində müsbət artım fonunda olsa da, borc yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub.

Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır. Bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və banklar tərəfindən risklərin daha erkən mərhələdə tanıyaraq minimallaşdırmağa imkan verəcək.

Qeyd olunur ki, nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən, bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1 faizdən artıq olmamalıdır.

Yeni requlyativ tələblər bankların məsuliyyətli kreditləşmə təcrübəsini təşviq etməklə yanaşı, istehlakçının ödəmə qabiliyyətinə uyğun borclanmanın təmin olunmasına xidmət edəcək. Bu yanaşma, Mərkəzi Bank tərəfindən tətbiq olunan istehlak kreditləri üzrə məsuliyyətli və sağlam borclanma siyasəti ilə uyğunluq təşkil edərək, əhalinin maliyyə yükünün izafi artmasının qarşısını almaqla sosial risklərin minimuma endirilməsini hədəfləyir.

  • Nicat
    Avqust 1, 2025 - 22:11

    Kiridit goturməy isdəyiram

  • Vasif
    Avqust 2, 2025 - 11:33

    Salam menim biznesim.sederek ticaret merkezindedir zehmet olmasa sizin musderinizem kredit ayirarsiz mene

Nicat üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*