“Müştərinin maliyyə vəziyyətinin pisləşməsi onun faiz borcunun silinməsi üçün hüquqi əsas yaratmır”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov səsləndirib.

“Əgər qanunda belə bir hal olsa, hər kəs deyər ki, maliyyə çətinliyim var, işləməz, qeyri-rəsmi fəaliyyətə keçər. İş yeri yoxdur deyə borc silinməz. Sadəcə, bank və ya BOKT-lar istəsələr, güzəştə gedə bilərlər. Amma bu, çox nadir hallarda baş verir.”
Əkrəm Həsənov əlavə edib ki, faiz borcunun silinməsi yalnız kreditorun iradəsindən asılı olan qərardır və hüquqi öhdəlik kimi qəbul edilə bilməz.
Aynurə İsmayıl
KONKRET.az

