Kreml: Bayden açıq şəkildə Putinə dedi ki…backend

Kreml: Bayden açıq şəkildə Putinə dedi ki...

Rusiya və ABŞ prezidentlərinin söhbəti səmimi və işgüzar xarakter daşıyıb.

KONKRET.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, prezidentlər beynəlxalq təhlükəsizlik və stabillik üzrə dialoq və təmasların davam etdirilməsinin vacibliyini qeyd ediblər:

“Co Bayden Rusiya qoşunlarının Ukrayna sərhədləri yaxınlığında hərəkətinin təhdid xarakterli olduğunu bildirdi və vəziyyətin daha da gərginləşəcəyi təqdirdə ABŞ və müttəfiqlərinin əlavə sanksiya qəbul etməyə hazır olacağını söylədi”.

Qeyd edək ki, Co Bayden və Vladimir Putin 2 saatdan çox videoformatda regional məsələlər ətrafında müzakirə aparıblar. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*