Kreml: “Əliyev, Putin və Paşinyan arasında görüş razılaşdırılmayıb”backend

Kreml: “Əliyev, Putin və Paşinyan arasında görüş razılaşdırılmayıb”

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş razılaşdırılmayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Hələlik bu məsələ ilə bağlı konkret razılaşmalar yoxdur. Eyni zamanda, bildiyiniz kimi, MDB-yə üzv dövlətlərin başçılarının qeyri-rəsmi görüşü nəzərdə tutulub. Burada azı üç iştirakçının məsələni müzakirə etmək imkanı olacaq”, – D.Peskov deyib.

Daha əvvəl MDB ölkələri liderlərinin növbəti qeyri-rəsmi görüşünün dekabrın sonunda Sankt-Peterburqda keçiriləcəyi bildirilmişdi.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*