Kreml Navalnının zəhərlənməsi ilə bağlı AÇIQLAMA YAYDIbackend

Kreml Navalnının zəhərlənməsi ilə bağlı AÇIQLAMA YAYDI

Kreml Rusiya hakimiyyətinin Aleksey Navalnının zəhərlənməsi ilə bağlı ittihamlarını “qərəzli və əsassız” adlandırıb.

KONKRET.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın bu ittihamları qəbul etmədiyini deyib.

“Biz, təbii ki, bu cür ittihamları qəbul etmirik, onlarla razılaşmırıq, qərəzli və heç bir əsası olmayan iddialar hesab edirik.

İttihamları qətiyyətlə rədd edirik”, – deyə Peskov vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*