Kreml Pelosinin Ermənistana səfərinə münasibət bildirdibackend

Kreml Pelosinin Ermənistana səfərinə münasibət bildirdi

“Rusiya Azərbaycan və Ermənistan arasında nizamlanmaya faktiki töhfə vermək üçün istənilən cəhdləri alqışlamağa hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfərini şərh edərkən bildirib.

“Sözdə deyil, əməldə və yüksək səslə, populist şəkildə deyil, reallıqda, sakit və işgüzar şəkildə münasibətlərin normallaşmasına töhfə verə bilən hər şey sərhəddə vəziyyətin sabitləşməsinə töhfə verə bilər, bu alqışlanmalıdır. Bu cür səs-küylü hərəkətlər və bəyanatlar isə bu normallaşmaya həqiqətən töhfə verə bilərmi – buna hələ baxarıq, zamanla hər şey aydınlaşacaq”, – Peskov deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*