Kreml: “Rusiya heç kimlə birləşə bilməz”backend

Kreml: "Rusiya heç kimlə birləşə bilməz"

Cənubi Osetiyada Rusiya Federasiyasına birləşməklə bağlı referendum hüquqi boşluq yarada bilər.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:

“Birləşmə məsələsinin gündəmə gətirilməsində hüquqi boşluq özünü göstərir. Ona görə də burada bu istiqaməti anlamaq lazımdır. Rusiya kiminləsə birləşə bilməz”.

O bildirib ki, Rusiya kiminləsə birləşsə, tamamilə yeni bir qurum yaranacaq.

“Yəni belə bir hüquqi insident yaranır. Bizim həmkarlarımız özləri qərar verməlidirlər”, – deyə Peskov yekunlaşdırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*