Kreml: Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər – YENİLƏNİBbackend

Kreml: Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər - YENİLƏNİB

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Suriyanın İdlib əyalətindəki münaqişə vəziyyətini müzakirə ediblər.

Vladimir Putin ekstremist qrupların aqressiv fəaliyyətlərinin davam etməsindən narahatlığını ifadə edib. Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünə şərtsiz hörmət olunmasının vacibliyi vurğulanıb.

Prezidentlər İdliblə bağlı gərginliyin azaldılmasına, atəşkəsin təmin olunması və terrorçu təhdidlərin neytrallaşdırılmasına istiqamətlənən nazirliklərarası məsləhətləşmələrin aktivləşdirilməsi barədə razılığa gəliblər.

Hərbi nazirliklər vasitəsi ilə təmasların intensiv rejimdə davam etdirilməsi təsdiqlənib”,- deyə Kremlin məlumatında qeyd olunub.

O da bildirilib ki, Putin və Ərdoğan telefon danışığı zamanı Liviya münaqişəsinin nizamlanması mövzusuna da toxunublar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*