Kreml Ukraynaya qarşı yayda genişmiqyaslı hücum planlaşdırırbackend

Kreml Ukraynaya qarşı yayda genişmiqyaslı hücum planlaşdırır

Bild nəşrinin məlumatına görə, Kreml 2025-ci ilin yayının ikinci yarısında Ukraynaya qarşı yeni genişmiqyaslı hücum planı hazırlayır.

KONKRET.az xəbər verir ki, məlumat mənbələrinə əsasən, Rusiya toplanmış resurslardan – o cümlədən Şimali Koreyadan alınan dronlar və sursatlardan istifadə edərək hücumlarını gücləndirməyi planlaşdırır. Hücum planında əsas istiqamət olaraq Donetsk və Xarkov vilayətləri göstərilir. Strategiyada strateji aviasiya və “Şahed” tipli dronlar vasitəsilə kütləvi zərbələr endirilməsi nəzərdə tutulur.

Bild-in məlumatında bu planın məqsədinin Ukrayna Silahlı Qüvvələrini danışıqlardan öncə tükəndirmək olduğu bildirilir. Nəşr vurğulayır ki, Ukrayna təcili şəkildə hava hücumundan müdafiəsini gücləndirməli və müttəfiqlərdən dəstək almalıdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*