“Kremldə terror olacağını bilirdilər” – Ukrayna kəşfiyyatının rəhbəribackend

“Kremldə terror olacağını bilirdilər” – Ukrayna kəşfiyyatının rəhbəri

“Rusiya bir aydan çox idi ki, öz ərazisində terror aktı hazırlandığını bilirdi”

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kirill Budanov III Beynəlxalq Strateji Kommunikasiyalar Forumunda çıxış edib.

Onun sözlərinə görə, ən azı 2024-cü il fevralın 15-də Rusiya Federasiyası hazırlıqdan xəbərdar idi: “Mən sizə daha artığını deyim. Bu məlumat Suriyadakı qruplaşmanın kəşfiyyat şöbəsindən sızıb. Qoy, nağıl danışmasınlar ki, qəribə bir şəkildə hər şey birdən-birə reallaşdı”.

O, qeyd edib ki, Rusiya döyüş qruplarının haradan gələcəyini, hansı iki ölkənin vasitəsilə təcavüzkar dövlətin ərazisinə keçəcəyini bilirdi:

“Niyə bunun baş verməsinə icazə verdilər? Bir neçə variant var. Birincisi, onlarda qəbul olunduğu kimi, indi bir neçə məmuru vəzifədən kənarlaşdırmaq üçün tutarlı bəhanə lazım idi. Digər variant isə odur ki, onlar həqiqətən baş verəcəklərin miqyasını düzgün qiymətləndirməyiblər. Onlar bunun daha lokal olacağını düşünürdülər və hər şeydə Ukraynanı günahlandırmaq istəyirdilər”.

Budanov nəzərə çatdırıb ki, Kreml artıq üç dəfə baş verənlərlə bağlı versiyaları dəyişərək, hansısa yolla “Ukrayna izini” terror aktı ilə əlaqələndirməyə çalışır.

Baş Kəşfiyyat İdarəsinin rəhbəri Patruşev və Bortnikovun açıqlamalarını cəfəngiyyat adlandırıb. “Yeri gəlmişkən, bu ağrılı məsələyə toxunduğumuz üçün deməliyəm ki, düşmən olsa da, mən mülki şəxslərə qarşı törədilən terror aktlarını təqdir etmirəm”.

O vurğulayıb ki, Rusiya xaosu özü yaradıb və əminliklə ona nəzarət edə biləcəyini güman edib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*