Kremlin ELMİ İŞĞALI – “Azərbaycanda RUSİSTİKA ocaqları var” – ŞOK TƏFƏRRÜATbackend

Kremlin ELMİ İŞĞALI - "Azərbaycanda RUSİSTİKA ocaqları var" - ŞOK TƏFƏRRÜAT

Azərbaycanda rus dili qalmaqalları əsasən xalq yazıçısı Çingiz Abdullayevin ətrafında dolaşır. Əsas etiraz isə ondan ibarətdir ki, xalq yazıçısı xalqın dilində səlis danışmalıdır, milli azlıqların yox.

KONKRET.az xəbər verir ki, Azərbaycan cəmiyyətində rus dilinin ingilscə ilə əvəzlənməsi XXI əsrdən, təzə başlayıb. Bu isə insanların daha yaxşı yaşamaq istəyi ilə bağlıdır. Çünki ingilisdilli iş yerlərinin yaxşı məvacibi var, ən azından bu biliklərin sahibi xaricdə də işləyə bilər.

O ki qaldı ruscaya, bu dil “parkovşik”dən tutmuş dövlət məmuruna kimi bütün iş yerlərində tələb olunur. Kremlin bayağı elmi işğalı necə aparılırsa, rusca danışa bilməyənlərə “qıjı”, dar dünyagörüşlü damğaları vurulur. Bununla da azad ölkənin azad vətəndaşları öz ana dilindən utanmağa məcbur edilir. Bunu elmi, mədəni, ideoloji işğal da adlandırmaq olar. Çünki bir insanın çox dil bilməsi başqa, yad dildə danışmağa məcbur edilməsi başqa-başqa məsələlərdir.

Belə bir şərhə səbəb həm ölkədəki mövcud vəziyyət, həm də Putinin yanında rus dili üzrə şuranın üzvü Marqarita Rusetskayanın müsahibəsidir. “Qafqaz xəbərçisi”nə rus dilinin vəziyyətindən danışan Simonyan olmayan Marqo Azərbaycan-Ermənistan eyniləşdirmələri aparıb:

“Azərbaycan və erməni dilləri Rusiya Federasiyası xalqlarının dilləridir”.

Fikir verin, Rusiyada yaşayan xalqların yox, “Rusiya xalqlarının” qeyd olunub. Siz özünüz bilərsiniz, amma mən 50 yaşlı filoloqun, Puşkin adına rus dili institutunun rektorunun belə bir səhv etdiyinə inanmıram və bunu qəsdən atılan addım, təxribatçı mesaj sayıram:

– Bəli, ermənilər Rusiya ideyası və Kremlə məxsus hibrid xalqdır;

– Azərbaycanlılar isə qədim türk etnosudur. Ruslar dövlət yox, hələ millət kimi formalaşmağa başlayanda türklərin hesabına çoxalıb, hökmdarlarımızın kölə və kənizləri olublar;

Marqarita Rusiyada yaşayan desə, onunla nə işim vardı ki, amma yaşayış yeri və milli mənsubiyyət fərqli reallıqlardır. Onun müsahibəsində SSRİ eyhamı da var:

“30 il ərzində rus dili 50 milyon daşıyıcı itirib. Səbəb Sovet İttifaqının dağılmasıdır. Buna baxmayaraq, rus dili postsovet ölkələrində ən çox istifadə olunan dildir. Azərbaycan və Ermənistanda rus dili təhsil və elm dilidir. Amma Belarus, Qırğızıstan və Tacikistanda daha geniş yayılıb. İrəvan və Bakıda isə ən qədim təhsil ocaqları qorunmaqdadır: Azərbaycan rusistikası və Ermənistan rusistikası”.

Sonda qeyd edim ki, Rusiya və Azərbaycan Prezidentlərinin əksər ikitərəfli görüşlərində Vladimir Putin Azərbaycanda rus dilinə olan qayğıya görə məmnunluq ifadə edir. Sadəcə, Kremlin yiyəsi görür ki, sürətli inkişaf tempinə oturuşmuş Azərbaycan əhalisi daha çox şimal yox, qərblə əməkdaşlığa meyillənib. Bu əməkdaşlıq isə rus dili tələb etmir.

Rəsmiyyə Şərifova,

KONKRET.az

P.S. Xarabada qalan çörək xarab olar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*