“Kremlin səsi” Yevgeni Xoroşevtsev vəfat edib.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının sözçüsü Dmitri Peskov məlumat yayıb.
O bildirib ki, Prezident Vladimir Putin aktyor, diktor Y.Xoroşevtsevin ölümü ilə bağlı onun doğmalarına başsağlığı verib.
Onun koronavirusdan öldüyü bildirilir.