Rusiyanın Sverdlovsk əyalətində 29 yaşlı kriminal avtoritet polis şöbəsində intihar edib.
KONKRET.az Rusiya mətbuatına istinadən xəbər verir ki, kriminal aləmdə “Şarfik” ləqəbi ilə tanınan cinayətkar qısqanclıq zəminində arvadının burnunu dişləyib və xəsarətlər yetirib.
O, qəsdən sağlamlığa ağır xəsarət yetirmə maddəsi ilə ittiham olunaraq həbs edilib. Kriminal avtoritet saxlanıldığı kamerada intihar edib.
Faktla bağlı araşdırma aparılır.