Kriptovalyuta bazarının son göstəriciləribackend

Kriptovalyuta bazarının son göstəriciləri

Fevralın 17-da kriptovalyuta birjalarında “Bitkoin” ucuzlaşıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:14-də “CoinMarketCap” platformasında 1.38% ucuzlaşaraq 96 153 ABŞ dolları təşkil edib.

Son bir gündə paralel olaraq “Ethereum”un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 1.39% azalaraq 2660 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP 3.57%, Tether 0,01% azalıb, BNB isə 1.96% bahalaşıb.

Qeyd edək ki, “Bitkoin”in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*