Kseniya Sobçak avtomobil qəzasına düşdü: Hadisə nəticəsində ölən və yaralılar varbackend

Kseniya Sobçak avtomobil qəzasına düşdü: Hadisə nəticəsində ölən və yaralılar var

Tanınmış rusiyalı televiziya aparıcısı və jurnalist Kseniya Sobçakın olduğu avtomobil Soçidə qəzaya düşüb.

KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, qəza “Mercedes” və “Volkswagen” avtomobillərinin toqquşması nəticəsində baş verib.

Kseniya Sobçakın “Mercedes” markalı avtomobildə olduğu qeyd olunur.

Qəza nəticəsində “Volkswagen” avtomobilində olan sərnişinlərdən biri ölüb, iki nəfər xəsarət alıb.

Məlumatı televiziya aparıcısının olduğu “Mercedes” markalı avtomobilin sürücüsü də təsdiqləyib.

Kseniya Sobçak isə qəzadan sonra taksiyə minib və hava limanına yollanıb. Onun xəsarət almadığı bildirilir. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*