KTMT Şurasının Ermənistana yardım göstərilməsi üçün tədbirlər haqqında qərar layihəsi imzalanmalıdır.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bunu KTMT–nin Baş katibi Stanislav Zas Moskvada təşkilatın Parlament Assambleyasının iclasında bildirib:
“Dövlət başçılarının tapşırığına əsasən, Ermənistanda təşkilatımızın baş katibi və Operativ Qərargah rəisinin rəhbərlik etdiyi monitorinq missiyası işləyib. Bu işin nəticəsi olaraq Kollektiv Təhlükəsizlik Şurasının birgə fəaliyyətlə bağlı qərar layihəsi hazırlanıb. Şuranın noyabrın 23-də keçirilən iclasında Ermənistana yardım göstərilməsi üçün tədbirlər hazırlanıb. KTMT dövlətlərinin müxtəlif mövqeləri səbəbindən bu layihəni qəbul etmək mümkün olmayıb. Ümid edirəm ki, müəyyən düzəlişlərdən sonra biz bu qərar layihəsini imzalayacağıq və bu tədbirləri görəcəyik. Əminəm ki, bu, Ermənistan üçün də lazımdır”.
İqbal Rzayev,
KONKRET.az