KTMT-nin Ermənistana göndəriləcək monitorinq missiyası üzərində iş davam edirbackend

KTMT-nin Ermənistana göndəriləcək monitorinq missiyası üzərində iş davam edir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycanla sərhəddə Ermənistana göndəriləcək monitorinq missiyası üzərində işini davam etdirir.

KONKRET.az xəbər verir ki, bu barədə yanvarın 24-də KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib. Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-yə sorğu təqdim etdikdən sonra Kollektiv Təhlükəsizlik Şurası “Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında” qərar layihəsi hazırlayıb.

Zaynetdinov bildirib ki, qərar Ermənistan-Azərbaycan sərhədinə KTMT-nin müvəqqəti monitorinq missiyasının göndərilməsini nəzərdə tutur, missiyanın mandatını və iş müddətlərini müəyyən edir. Layihə yüksək hazırlıq səviyyəsindədir, lakin bu sənədi KTMT XTK-nın sonuncu sessiyasında qəbul etmək mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*