“KTMT qoşunları öz missiyasını başa vurub, onların Qazaxıstanda olması artıq lazım deyil” – Şibutovbackend

“KTMT qoşunları öz missiyasını başa vurub, onların Qazaxıstanda olması artıq lazım deyil" - Şibutov

“KTMT qoşunları öz missiyasını yerinə yetirib, onların Qazaxıstanda olması artıq lazım deyil”.

KONKRET.az xəbər verir ki, bunu qazax politoloqu Marat Şibutov “VZQLYAD” qəzetinə deyib. O, KTMT qoşunlarının öz missiyasını yerinə yetirdiyini, onların artıq Qazaxıstanda qalmasına ehtiyac olmadığını bildirib.

“KTMT qoşunları öz missiyasını yerinə yetiriblər, onların Qazaxıstanda olması artıq lazım deyil, çünki vəziyyət sabitləşib”, – Şibutov deyib.

O, yeni aksiyaların olma ehtimalının az olduğunu bildirib.

“Aksiya təşkilatçıları və iştirakçıları bilirlər ki, vəziyyət gərginləşərsə, KTMT qoşunları Qazaxıstana qayıdacaq. Və bu, yeni qiyamın olmamasını təmin etmək üçün çəkindirici vasitədir”, – analitik bildirib.

Şibutov ABŞ dövlət katibi Entoni Blinkenin “evinizdə ruslar varsa, onları getməyə məcbur etmək çətindir” sözlərini də şərh edib. Bu baxımdan, politoloq qeyd edib ki, Qazaxıstanın təhlükəsizliyi ABŞ-ın vəziyyəti qiymətləndirməsindən qat-qat önəmlidir.

“Bizi Blinken və onun fikri maraqlandırmır”, – deyə ekspert əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*