Moskvada polis sürücünün itirdiyi 1 milyon rublluq bağlamanı tapan və pulu özündə saxlamaq qərarına gələn şəxsi saxlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin paytaxt üzrə Baş İdarəsi məlumat yayıb.
Dayanacaqlardan birində paytaxt sakini avtomobilinin damına 1 milyon rubl olan zərf qoyub, telefon danışığı ilə diqqətdən yayınaraq, sükan arxasına keçib və oradan çıxıb gedib. Yolun üzərinə düşən bağlamanı yoldan keçən şəxs götürüb.
Polis şübhəli şəxsi yataqxanalardan birində saxlayıb, onun paytaxtda müvəqqəti yaşayan 27 yaşlı, qonşu ölkələrdən olduğu üzə çıxıb. Saxlanılandan 600 min rubldan çox pul götürülüb, çünki 400 min rublu artıq xərcləyib.
Bədəməl haqqında Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi (oğurluq) ilə cinayət işi açıblar. Şübhəli zaminə buraxılıb və onu 10 ilə qədər həbs gözləyir.