Kürdə azyaşlı batdı: köynəyi sahildə tapıldı – YENİLƏNİBbackend

Kürdə azyaşlı batdı: köynəyi sahildə tapıldı - YENİLƏNİB

Kür çayının Şirvan şəhər ərazisindən keçən hissəsində batdığı ehtimal edilən 2010-cu il təvəllüdlü Yusif Ramil oğlu İsgəndərovun axtarışları davam edir.

KONKRET.az xəbər verir ki, artıq bir neçə saatdır FHN-nin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc axtarış qrupu tərəfindən axtarışlar aparılsa da, hələ bir nəticə yoxdur.

Şirvan sakini olan azyaşlının köynəyi Kür sahilində tapıldığından onun çayda batdığı ehtimal edilir.

Faktla bağlı aidiyyati qurumlar tərəfindən araşdırmalar aparılır.

17:21

Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlı batıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*