Kürdə batan 71 yaşlı kişinin meyiti tapıldıbackend

Kürdə batan 71 yaşlı kişinin meyiti tapıldı

Kür çayının Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1950-ci il təvəllüdlü Abbasov İsfəndiyar Əli oğlunun axtarışları başa çatıb.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İ.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*