Kürdə batan azyaşlının cəsədi tapıldıbackend

Kürdə batan azyaşlının cəsədi tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Şirvan şəhərinin Bayramlı qəsəbəsi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə ilkin məlumat daxil olub.

Bu barədə KONKRET.az-a Nazirlikdən məlumat verilib.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Bir müddət əvvəl azyaşlının meyiti batdığı yerdən 10 km aralıda tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*