Kürdə batan yeniyetmənin meyiti tapıldı – VİDEO / YENİLƏNİBbackend

Kürdə batan yeniyetmənin meyiti tapıldı - VİDEO / YENİLƏNİB

İki gün əvvəl Kür çayının Zərdab rayonundan keçən hissəsində batmış 17 yaşlı gəncin meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, rayonun Alı Mustafayev küçəsinin 2006-cı təvəllüdlü sakini Seyidməmmədli Səid Səbuhi oğlunun cəsədi batdığı ərazidən təqribən 200 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

İyulun 16-da Kür çayının Zərdab şəhərindən keçən hissəsində batdığı ehtimal olunan Zərdab rayon sakini 2006-cı il təvəllüdlü Seyidməmmədli Səid Səbuhi oğlunun axtarışları davam etdirilir.

Bu barədə KONKRET.az-a FHN-dən bildirilib.

Hazırda vətəndaşın batdığı ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*