Kürdəmir sakini həmkəndlisini bıçaqladıbackend

Kürdəmir sakini həmkəndlisini bıçaqladı

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi olub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Muradxan kəndində qeydə alınıb.

Belə ki, aralarında yaranan mübahisə zəminində 1997-ci il təvəllüdlü Səlimov Müşfiq Mikayıl oğlu həmkəndlisi tərəfindən 4 bıçaq xəsarəti alıb.

Yaralı dərhal ətrafdakı insanların köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*