backend

Kürdəmirdə minik maşını yük maşını ilə toqquşub, ölən var

Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az-ın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı avtomaşın ilə “KamAZ” markalı yük maşınının toqquşması nəticəsində Mingəçevir şəhər sakini, 1989-ci il təvəllüdlü Rəşad Əlvan oğlu Şıxıyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Mingəçevir şəhər sakinləri – 2000-ci il təvəllüdlü Ayxan Cəbi oğlu Cabbarlı və 1990 cı il təvəllüdlü Könül Faiq qızı İsmayılova müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri ağır olduğundan daha sonra hər iki zərərçəkən müalicələrini davam etdirmələri məqsədi ilə Bakıya göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*