Kürdəmirdə narkotik satanlar tutuldubackend

Kürdəmirdə narkotik satanlar tutuldu

Kürdəmirdə narkotik vasitə satan və alan şəxslər tutulub.

KONKRET.az Report-a istinadla xəbər verir ki, Kürdəmir rayon Çöl-Ərəb kənd sakini Abuşov Famil Məmməd oğlunun qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması və daşıması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Famil Abuşov yaşadığı kəndə saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Onun üzərində şəxsi axtarış zamanı üzərindən 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,12 qram və 1 ədəd siqaret dənəsinin içərisində təmiz çəkisi 0,20 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa aparılan istintaq və əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, Famil Abuşov həmin narkotik vasitəni Sabirabad rayonu Suqovuşan kənd sakini Həsənov Səfər Sadıq oğlundan 100 manat müqabilində əldə edib.

Eyni zamanda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Səfər Həsənov Kürdəmir rayonu Mollakənd kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib, şəxsi axtarış zamanı üzərindən 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,13 qram, 4,85 qram, 3,72 qram, 4,28 qram, 3,51 qram ümumi təmiz çəkisi 17,49 qram eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət işi başlanıb və iş üzrə ibtidai istintaq davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*