Kürdəmirə suyun verilişi dayandırıldıbackend

Kürdəmirə suyun verilişi dayandırıldı

Külüllü-Kürdəmir magistral su kəmərində qəza baş verib.

“Azərsu” ASC-dən KONKRET.az-a verilən məlumata görə, baş vermiş qəza ilə əlaqədar Kürdəmir şəhərinə, eləcə də kəmərin marşrutu boyu yerləşən kəndlərə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*