Suriya kürdləri ilə “muxtariyyət və separatizm oyunları” baş tutarsa, bu, regionun digər ölkələrində də partlayış riski yaradacaq.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov KİV-ə müsahibəsində bildirib.
Lavrovun fikrincə, vəziyyətə təsir göstərən bütün ölkələr Suriyanın birliyində maraqlı olmalıdır.
Bu ərəfədə Suriyanın müdafiə naziri Morhef Əbu Kasra bəyan edib ki, Suriya kürd koalisiyasının Suriya Demokratik Qüvvələrinin (SDQ) komandanlığı ilə ölkənin şimal və şimal-şərqində bütün cəbhə xətti boyunca tam atəşkəs barədə razılığa gəlib.