“Kurtlar Vadisi” serialında canlandırdığı “Kılıç bəy” obrazı ilə yadda qalan aktyor Atilla Olgaçın son görüntüləri sevənlərini həm təəccübləndirib, həm də duyğulandırıb.
KONKRET.az-ın Musavat.com-a istinadla xəbərinə görə, Olgaç uzun fasilədən sonra yeni bir layihə ilə ekranlara qayıtmağa hazırlaşır.
Yeni layihəsinin çəkiliş meydanından yayılan görüntülər aktyorun illər içindəki dəyişikliyini göz önünə sərib.
Sosial şəbəkə istifadəçiləri 81 yaşlı aktyorun son halına “İllər acımayıb”, “Çox dəyişib” kimi şərhlərlə reaksiya veriblər.
Musavat.com




