“Kurtlar Vadisi”nin məşhur aktyoru haqda şok iddia – “Özünü imam Mehdi adlandırır”backend

"Kurtlar Vadisi"nin məşhur aktyoru haqda şok iddia - “Özünü imam Mehdi adlandırır”

“Kurtlar Vadisi” serialının məşhur aktyoru Necati Şaşmazın keçmiş həyat yoldaşı Nagehan Kaşıkçı onun dini təriqət üzvü olduğunu iddia edib.

KONKRET.az xəbər verir ki, Nagehan aktyorun “Qədiri” təriqətinin müridi olduğunu, özünü imam Mehdi adlandırdığını deyib.

O bildirib ki, aktyor təriqət məclislərinə 8 yaşlı oğlunu da aparır və orada yaşlı kişilər oğlunun əlindən öpür, onu vəliəhd adlandırırlar. Nagehan iddia edib ki, sözügedən təriqətin lideri aktyorun atası Abdülkadir Şaşmazdır.

Nagehan Kaşıkçı bununla bağlı məhkəməyə video təqdim edib.

Qeyd edək ki, Necati Şaşmaz ilə Nagehan Kaşıkçı 2012-ci ildə evlənmişdi. Cütlüyün iki övladı var./müsavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*