Kütləvi davada 4 yeniyetmə bıçaqlandı – Saxlanılanlar varbackend

Kütləvi davada 4 yeniyetmə bıçaqlandı - Saxlanılanlar var

Noyabrın 28-i gecə saatlarında Keşlə dəmir yolu stansiyası ərazisində kütləvi dava olub.

KONKRET.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 yeniyetmənin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

NBPİ-nin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan 4 yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*