“Kütləvi iftar süfrələrinin açılması doğru deyil” – Din xadimibackend

"Kütləvi iftar süfrələrinin açılması doğru deyil" - Din xadimi

“Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq”.

KONKRET.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay deyib.

Onun sözlərinə görə, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır:

“Bütün tələb olunanlar insanların sağlamlığı üçündür. Xəstəlik varsa orada ibadət ola bilməz. Eyni zamanda, harada xəstəlik var orada dini ayinlərin icrası çətin olacaq. İnsanlar ailə üzvlərinin iştirakı ilə iftar süfrələrində dualar edərək mövcud problemin tezliklə aradan qalxmasını istəyə bilərlər”./report/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*