Küveyt Əmiri Prezident İlham Əliyevi təbrik etdibackend

Küveyt Əmiri Prezident İlham Əliyevi təbrik etdi

Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Prezident İlham Əliyevi təbrik edib.

KONKRET.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Dost Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Gününün növbəti ildönümü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Fürsətdən istifadə edərək, dost ölkələrimiz və xalqlarımız arasındakı möhkəm əlaqələrin davamlı şəkildə inkişaf etməsini arzulayıram.

Zati-aliləri, Sizə uzun ömür, cansağlığı, Azərbaycan Respublikasına və onun dost xalqına davamlı tərəqqi və firavanlıq diləyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*