La Liqa: “Real Madrid” “Betis”i darmadağın etdibackend

La Liqa: "Real Madrid" "Betis"i darmadağın etdi

İspaniya Primerasının 18-ci turunda “Real Madrid” “Betis”i qəbul edib.

KONKRET.az xəbər verir ki, matçda 6 qol vurulub.

Bu toplardan beşinə meydan sahibləri imza atıblar. Qonaqların gücü isə yalnız təsəlli qoluna çatıb – 5:1.

“Real Madrid”dən Qonsalo Qarsiya (20, 50, 90+3), Raul Asensio (50) və Fransisko Qarsiya (82) fərqləniblər. “Betis”in yeganə qolunu Kuço Hernandez (66) vurub.

Hazırda Kral klubu 45 xalla ikinci yerdədir. “Betis” isə turnir cədvəlində 18 oyundan 28 xalla altıncıdır. İspaniya La Liqasına 49 xalla “Barselona” başçılıq edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*