“Laçın dəhlizində bir nəfər də olsun azərbaycanlı hərbçi və mütəxəssis olmayacaq” – Mosiyanbackend

"Laçın dəhlizində bir nəfər də olsun azərbaycanlı hərbçi və mütəxəssis olmayacaq" - Mosiyan

Qarabağ separatçıları Azərbaycanın Laçın dəhlizi ilə bağlı şərtlərinin qəti əleyhinədirlər.

KONKRET.az xəbər verir ki, bu barədə qondarma qurumun “siyasətçi”si Artur Mosiyan deyib.

“Parlament fraksiyalarının rəhbərləri” Qarabağdan keçən avtomobilləri skan etmək üçün rentgen aparatının yerləşdirilməsi planlarının qəti əleyhinədirlər.

Fraksiya rəhbərlərinin Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüşü zamanı Qarabağ “deputatl”arının rəyi Rusiya tərəfinin diqqətinə çatdırılıb.

Məntiq belədir: Laçın dəhlizi Rusiyanın sülhməramlı kontingentinin nəzarəti altındadır və onlar dəhlizə nəzarəti davam etdirməlidirlər. Azərbaycanın hər bir tələbini yerinə yetirmək tamam başqa şey deməkdir. Rentgen skan aparatının quraşdırılmasına ehtiyac yoxdur. Çünki sabah Azərbaycan deyə bilər ki, bu və ya digər maşın bu yolla getməsin”, – Mosiyan deyib.

Onun sözlərinə görə, Andrey Volkov bildirib ki, onun Ermənistanı Qarabağla birləşdirən yolda mini-gömrük stansiyasının quraşdırılmasına dair sözləri kontekstdən kənar təqdim edilib.

“Andrey Volkov bildirib ki, Rusiya sülhməramlı kontingenti Laçın dəhlizində rentgen skanerlərinin quraşdırılması ilə razılaşıb. Onların işinin bu yolla yaxşılaşacağını əsaslandırıb. Rentgen skanerlərinə ehtiyac var, bu məsələ müzakirə olunur. Lakin o, etiraf edib ki, dəhlizdə bir nəfər də olsun azərbaycanlı olmayacaq – nə hərbçi, nə də başqa mütəxəssis”, – deyə Mosiyan bildirib.

Onun sözlərinə görə, Andrey Volkov Gorus-Xankəndi yolunun bağlanmasını təxribat adlandırıb və belə halların qarşısının alınması üçün tədbirlərin görülməli olduğu bildirilib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*