“Laçın yolu humanitar yüklər üçün bundan sonra istifadə olunmayacaq” – AÇIQLAMAbackend

“Laçın yolu humanitar yüklər üçün bundan sonra istifadə olunmayacaq” - AÇIQLAMA

Ermənistan avantürüst siyasətini davam etdirir. Düşmən ölkə siyasi şou yaratmaq üçün bütün imkanlardan istifadə edir. Qarabağdakı erməniləri öz siyasi oyununa cəlb edən Ermənistan hakimiyyəti bölgədəki separatçıları dəstəkləməklə məsələnin həllinə mane olmağa çalışır. Məqsədləri vaxt uzatmaqdır. Bunun üçün bir-birinə zidd bəyanatlar verən Paşinyan dünən fərqli qərar qəbul edib. Azərbaycanla razılaşdırmadan 400 ton yükü 19 tır vasitəsi ilə Qarabağa göndərib. Təbii ki, həmin yük karvanı Azərbaycan ərazisinə buraxılmayıb.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev Ermənistanın bu addımını siyasi şou adlandırıb:

“Ermənistanın Azərbaycan ərazilərinə razılaşdırılmadan humanitar yüklərin göndərmək cəhdi siyasi şoudur və bu oyunun iştirakçıları arasında təəssüflər ki, Avropa İttifaqının Ermənistandakı bəzi nümayəndələri də təmsil olunur. Hər il dünyada milyonlarla insanın aclıqdan ölməsinə göz yuman bu adamlar Qarabağ və onun ətrafında “humanitar fəlakət” şousu təşkil etməklə Ermənistanı dəstəkləməsi sadəcə riyakarlıqdır.

Azərbaycan tərəfi əvvəlki görüşlərdə Ağdam-Xankəndi yolunun humanitar məqsədlər üçün istifadəsinə dair təkliflərini verib və bu təkliflər də məqbul hesab olunub. Bunu Brüssel görüşündən sonra Şarl Mişel mətbuata açıqlamasında da səsləndirib. İndi isə Ermənistan tərəfi özünü elə aparır ki, sanki belə bir təklifdən xəbəri yoxdur. Laçın sərhəd-keçid məntəqəsinin açılması üçün Ermənistan Azərbaycana təzyiqlərini artırmağa çalışır və beynəlxalq ictimaiyyətin diqqətini bura cəmləşdirmək niyyəti güdür. Bununla da Laçın sərhəd-keçid məntəqəsini açmaq üçün öz niyyətinə çatmaq istəyir. Amma bu, alınmayacaq. Azərbaycan heç bir halda geri addım atmır. Bizim sözümüz imzamızdır. Ona görə də Laçın yolu Ermənistandan daşınan yüklər üçün bundan sonra istifadə olunmayacaq. Ermənistandan gələn yüklər ya Ağdam-Xankəndi yolundan Qarabağa buraxılacaq, ya da gəldikləri kimi də geri qayıdacaqlar”.

Vəli Həsənov,

KONKRET.az

  • Vuqar
    İyul 27, 2023 - 17:16

    Ermənilərin hələ ..ən yaxşısı.. belə edir?😉 Bunlar koviddən 1000 dəfə təhlükəli virusları əslində!🙏🏻

  • Vuqar
    İyul 27, 2023 - 17:19

    Göydə Ermənistandan bizim tərəfə uçan quşları da bir-bir ovlamaq lazımdır ki,hər yerdən ümidləri kəsilsin yoxsa bunların ümidini kəsə bilməyəcəyik!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*