Laçın yolunda aksiya 3-cü gündür davam edir, şüarlar səslənirbackend

Laçın yolunda aksiya 3-cü gündür davam edir, şüarlar səslənir

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın yolunda aksiyanı davam etdirir.

KONKRET.az xəbər verir ki, aksiya iştirakçıları ekoloji terror, yataqların qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.

Aksiya artıq 3-cü gündür davam edir.

Aksiya iştirakçıları dövlət himnini səsləndirib, daha sonra milli musiqinin sədası altında şüarlarını deyiblər.

Eko-fəallar aksiyanı tələbləri yerinə yetirilənə qədər davam etdirmək niyyətindədir.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*