“Laçında Azərbaycan gömrük məntəqəsi quraşdırılsa, bu, Qarabağ üçün həbsxanaya aparan məntəqəyə çevriləcək”.
KONKRET.az xəbər verir ki, bunu Qarabağdakı qondarma qurumun “xarici işlər naziri” vəzifəsini icra edən David Babayan Ermənistan parlamentində jurnalistlərə müsahibəsində bildirib.
“Rusiya Federasiyası Laçın dəhlizinin açılması işində çox fəal iştirak edir. Amma biz istəyirik ki, digər dövlətlər də müvafiq addımlar atsınlar, öz qiymətlərini səsləndirsinlər.
ABŞ, Fransa və müxtəlif Avropa dövlətləri tərəfindən Azərbaycanın hərəkətlərini pisləyən bəyanatlar verilib.
İndi biz bu prosesin bəyanatlar mərhələsindən praktiki mərhələyə keçməsini istəyirik. Çünki Azərbaycanın bu hərəkəti “bütün sivil dünyaya qarşıdır”, – deyə Babayan sərsəmləyib.
Babayan deyib ki, Laçın dəhlizində azərbaycanlılar tərəfindən gömrük-keçid məntəqəsi quraşdırması məsələsi müzakirə mövzusu deyil.
“Rusiya sülhməramlıları artıq bu funksiyanı yerinə yetirirlər. Üstəlik, 9 noyabr 2020-ci il tarixli bəyanata görə, bu, olmamalıdır. Gömrük məntəqəsi Qarabağ üçün keçid və ya gömrük məntəqəsi deyil, həbsxanaya aparan məntəqə olacaq. Çünki hamı saxlanılacaq. Düşünmürəm ki, burada geri addım ola bilər. Mümkün deyil. Belə bir gömrük məntəqəsinin yaradılması sazişin mahiyyətini kobud şəkildə pozur. Tətbiqə ciddi şəkildə riayət edilməlidir. Bu, bizim üçün çətin bəyanatdır, lakin biz buna ciddi əməl etməliyik”, – deyə o, cəfəngiyatını yekunlaşdırıb.
P.S. Qabaqdangəlmişdik edir. Bilir ki, başdan-ayağa etdikləri cinayətdir: silah-sursat daşıma, mina basdırma, təbii sərvətlərimizin talanması, qarətlər, qanunsuz səfərlər və sairə.
Xuraman Etibarlı,
KONKRET.az
Lacın dəhlizində lazım olan postlar qurulmalıdır.Lacın dəhlizi Ruslara və Ermənilərə silah daşımaq ücün lazımdır.
Asaf Askar Almaniya
Laçın dəhlizində mütləq Azərbaycan gömrük postu qurulmalıdır. Əks halda rus “sülməramlılarının” və erməni separatçılarının qanunsuz hərəkətləri və azğınlıqları bölgədə daha böyük təhlükələrə və terrora gətirib çıxaracaq.