Lalazyan: “Qoy ölkəni Monte, Njde kimi şəxslər idarə etsin – sənin “qatarın çoxdan gedib”backend

Lalazyan: “Qoy ölkəni Monte, Njde kimi şəxslər idarə etsin - sənin “qatarın çoxdan gedib”

“Ermənistanda məsuliyyətsiz siyasətçilər çoxdur”.

KONKRET.az xəbər verir ki, bu fikirləri erməi jurnalistlə müsahibəsində Eçmiədzinin ən böyük fermerlərindən biri olan Samvel Lalazyan deyib.

O daha sonra vurğulayıb: “Nikol özünü ali baş komandan hesab edir, amma əsas məsuliyyəti öz üsərinə götürmür. Bəli, Nikol, sən bütün mənalarda – hüquqi, siyasi və mənəvi məsələlərdə böyük məsuliyyət daşıyırsan. Türkiyə və Azərbaycanla yolları açmaq istəyirsən? Yaxşı, bəs bunun əvəzində nə alırsan? Bu nə güzəşt və təslimçi siyasətdir? Hakimiyyətə gəldiyin gündən əraziləri təhvil verirsən. Belə işləmək olmaz, ay uşaq Nikol.

Mən sənə müraciət edirəm, tutaq ki, Rusiya hansı səbəblərdənsə sənə silah-sursat vermədi. Bəs sən niyə başqa ölkələrdən silah almadın? İran, Hindistan, Yunanıstan, Fransa sənə öz yardımlarını təklif etdi. Nəticəsi nə oldu?

Sizə və hakimiyyətinizə qarşı böyük nifrət var. Ona görə də hakimiyyətdən getməlisən. Qoy ölkəni Monte Melkonyan, Njde kimi şəxslər idarə etsin ki, dağıtdığın hər şeyi bərpa etsin. Nikol, sənin “qatarın çoxdan gedib”. Onsuz da hər şeyə görə cavab verəcəksiniz?”.

Natiq Səlim,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*