“Land Rover”dən 3 min manatlıq çanta oğurlandıbackend

"Land Rover"dən 3 min manatlıq çanta oğurlandı

Nəsimi rayonunda iki avtomobildən oğurluq edilib.

DİN-in mətbuat xidmətindən KONKRET.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Səfərəliyeva küçəsində “Land Rover” markalı bir avtomobildən şüşəni sındırmaq yolu ilə 2 ədəd mobil telefon, içərisində 400 manat pul və sənəd olan 3000 manat dəyərində çanta 28 May küçəsində isə “Hyundai” markalı digər avtomobildən eyni üsulla çanta oğurlanıb.

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nəcməddin Hüseynzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*