İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsindən sonra onun yerinə hökumətdə sərt xətt tərəfdarı olan Said Cəlili keçə bilər.
KONKRET.az xəbər verir ki, xarici KİV-lər bu barədə xəbər yayıb.
Said Cəlili 2007–2013-cü illərdə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb.
Həmin dövrdə o, ölkənin nüvə proqramı üzrə baş danışanı olub.
Hazırda isə Cəlili Məsləhət Şurasının üzvüdür.
Buna baxmayaraq, İranın Xarici İşlər naziri Abbas Araqi bildirib ki, Laricaninin qətli “İran İslam Respublikasında hakimiyyətin dayanıqlılığına təsir etməyəcək.
O, vurğulayıb ki, amerikalılar və israillilər hələ də “İranın güclü siyasi struktura malik olduğunu anlamayıblar, əsas amilin isə ayrı-ayrı şəxslər deyil, sistemin özünün möhkəmliyi olduğunu qeyd edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
