“Fransa prezidenti Emmanuel Makronun Ukrayna münaqişəsi ilə bağlı Qərbin qırmızı xətlərinin olmaması ilə bağlı dediyi sözlərlə razıyam”.
KONKRET.az xəbər verir ki, bu sözləri Latviya prezidenti Edqars Rinkeviç deyib.
“Mən Emmanuel Makronu tam dəstəkləyirəm: biz özümüz üçün qırmızı xətlər çəkməməliyik. Rusiya üçün qırmızı xətlər çəkməliyik və onları çəkməkdən də çəkinməməliyik. Ukrayna qalib gəlməlidir, Rusiya isə məhv edilməlidr”, – prezident X sosial şəbəkəsində yazıb.
Latviya prezidenti məşhur latın qanadlı “Carthago delenda est” (Karfagen dağıdılmalıdır) ifadəsini “Russia delenda est” kimi yazıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az