Latviya Rusiya ilə bağlı QƏRAR VERDİ: Mümkün hücum fonunda…backend

Latviya Rusiya ilə bağlı QƏRAR VERDİ: Mümkün hücum fonunda...

Latviyada Rusiya ilə dəmir yolu bağlantısının tamamilə ləğvi müzakirə olunur. Yekun qərarın 2026-cı ilin əvvəlində qəbul ediləcəyi gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə “LSM.lv” məlumat yayıb.

Latviya hökuməti 2025-ci ilin sonunadək ölkənin şərq sərhədi boyunca yerləşən dəmir yolu xəttinin sökülməsi imkanlarını, Litva və Estoniya Silahlı Qüvvələrinin rəyləri nəzərə alınmaqla araşdıracaq.

Latviya Prezidenti Edqars Rinkeviçs bildirib ki, bu məsələ ilə bağlı daha ətraflı məlumat 2026-cı ilin əvvəlində açıqlanacaq.

“Milli müdafiə və təhlükəsizliyin gücləndirilməsi istiqamətində heç bir variant istisna olunmamalıdır. Lakin belə qərarlar işin həcmi, icra müddəti və sosial-iqtisadi təsirlər nəzərə alınaraq verilməlidir,” – deyə o vurğulayıb.

Rusiya ilə dəmir yolu xəttinin sökülməsi təhlükəsizlik tədbirləri çərçivəsində, xüsusilə də şərq sərhədinin möhkəmləndirilməsi məqsədilə nəzərdən keçirilir. Məsələnin Baltik ölkələrinin prezidentləri və baş nazirləri səviyyəsində müzakirə olunacağı gözlənilir. Qeyd edək ki, Estoniya, Latviya və Litva fövqəladə hallar, o cümlədən Rusiya tərəfindən mümkün hücum və ya sərhədlərdə vəziyyətin kəskinləşməsi ilə bağlı fəaliyyət planları hazırlayırlar.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*